Bitcoin daha da məşhurlaşır

media-hightechnic-468x90

264635San-Fransiskoda əsası qoyulan populyar Bitcoin mübadilə sistemi Coinbase artıq ABŞ-da da məşhurlaşıb.

Hazırda şirkət fəaliyyətini beynəlxalq səviyyədə genişləndirməsi ilə məşğul olur.

Artıq Coinbase İtaliya, İspaniya, Fransa və Belçika daxil olmaqla 13 Avropa bazarında işə başlayıb. Bu ölkələrdə istifadəçilər Coinbase platforması üzərindən Bitcoinləri birbaşa almaq və satmaq imkanı əldə ediblər.

Hazırda Coinbaseın Avropa versiyası beta-testləşdirmə mərhələsindədir və tranzaksiyaların ölçülərini günə 500 avro ilə məhdudlaşdırır. Perspektivdə bu məhdudlaşdırma götürüləcək. Qeyd edək ki, bu günədək Coinbase platforması təkcə ABŞ-da işləyirdi.

Coinbase servisi 2012-ci ildə yaradılıb. Lakin kütləvi istifadəçilərin Bitkoinlərə olan maraqları əsasında populyarlaşıb.

Hazırda Coinbase platformasını Overstock.com və Expedia kimi internet valyuta qəbul edən resurslar istifadə etsə də, tranzaksiyaların əsas hissəsi Bitkoinin dollara çevrilməsi üzrə aparılan əməliyyatların payına düşür.

Coinbase saytının məlumatına əsasən, hazırda platformadan dünya üzrə 36 min müəssisə istifadə edir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600