Bitkoindən növbəti rekord - İlk dəfə 55 min dolları keçdi / YENİLƏNDİ
“Bitcoin”in qiyməti ticarət sessiyası zamanı 7 faiz bahalaşaraq 55,2 min dollara yüksəlib.
Bu barədə CoinDesk portalı xəbər verib.
Beləliklə, kriptovalyutanın dəyəri tarixi maksimumunu yeniləyib.
Bundan əvvəl “Bitcoin”in kapitallaşması 1 trilyon dolları keçdi.
***
21:51
Dünyanın ən populyar kriptovalyutası bitkoinin yüksəlişi davam edir.
Yenicag.az xəbər verir ki, fevralın 19-da 3.22% artım nümayiş etdirən rəqəmsal valyutanın dəyəri 53.262 dollaradək yüksələrək öz qiymət rekordunu təzələyib.
Tarixi nəticə Bakı vaxtilə 18.54-də qeydə alınıb.
Ekspertlər kriptovalyutanın yüksəliş trendinin davam edəcəyini bildirirlər.