Bizim Odər soyqırım, Armen isə “qələbə” qışqırır…

media-hightechnic-468x90

10872242_10152833911803645_1160748195_n23 ildir Haykanuşun nəvələri şəhərlərin Xocasını öz adı ilə deyil, İvanyan deyə çağırırlar. Çünki, bu gün 23 yaşında olan qarabağlı erməni dığası Xocalını görmədi. Onunla qonşu məhlədə “ölçük-ölçük” oynayan heç Azərbaycan türkü həmyaşıdı da yox idi. Heç indi də yoxdur.

O, necə İvanyana Xocalı desin? Atası Movses, əmisi Aşot Xocalı məscidinin ayını söküb yerinə soysuz Qriqorun xaçını qondarıb. Evlərin yönünü türkün yox, erməninin qibləsinə döndəriblər. Xocalıda xocalıqdan bir əsər-əlamət də qalmayıb. İvanyan indi erməni gənclərinə daha da doğmalaşır. 23 yaşlı bu gənc hələ bilmir ki, Movseslə Aşot bir – birinin ağzını daldeydə bərk-bərk xapayırlar ki, amandı, Armenin yanında birdən Xocalı kəlməsi işlədərsən haaaa. Heç Armenin əlinə bel də vermirlər ki, gedib Şelli meşəsində ağac əksin. Qorxurlar ki, Armen qazıb yerdən 23 əvvəl topa basdırılmış türk uşağının sümüklərini tapar. Uşağın qorxmağı bir yana, izinə düşər, araşdırar. Sonra da öz atalarından inciyər axı… Armen indi Xocalıda “qələbənin” 23 illiyinə hazırlaşır. Atasının “azad etdiyi İvanyanın 23 illiyinə”. Dostlarını yığıb hələ yallı da gedəcəklər. Qarabağ atını minib cəng qoparacaqlar. Sonra da gözünü açandan donuzlarına baxan Burlanı ortalıqdan qalma bir kabab tikəsinə araya alıb oynadacaqlar. Deyəsən Burlaya “qələbəqabağı” yaxşı baxırlar ki, ölməsin.

Axı, Burlasız “qələbənin” nə dadı, nə duzu? Xocalıdan 300 kilometr aralıda isə türk gənci soyqırımı tanıtma sevdası ilə slaydlar, təqdimatlar hazırlayır. Vyanaya, Parisə gedib erməni vəhşiliyindən 613 nəfərin ölməsindən, qadınların, uşaq və qocaların süngüyə taxılmasından danışacaq. Xaricilərə çatdıra – çatdıra öz unutqanlığına da qalib gələcək. 23 ildir bizdə belədir. Metodlar dəyişməyib. Elə ermənilərdə də. Nəticə isə budur ki, bizim Odər soyqırım, Armen isə “qələbə” qışqırır. Biz Xocalı deyirik, onlar İvanyan. Xocalı xəritədə bizim, aşkarda onların əlindədir. Bir sözlə, onlar bizi, biz onları eşitməyə – eşitməyə Xocalıdan İvanyana 23 il keçir… Bu faktdır. Bu gerçəkdir. Yalan olan isə reallıq fonunda bağırılan həqiqətlərin üzümüzü qibləsinə tutduğumuz qərbin bizi eşitməməsidir. Niyə? Cavabını da özüm deyəcəyəm: Çünki, biz Günbatarla (Avropa ilə) onun başa düşdüyü dildə danışmırıq. Bilirsiniz necə? Bir dəqiqəlik bir videorolik çəkərdim. Qara fonda ağarmış ekranda gözlərdə böyüyən bu sözlər gedəcəkdi; X…atın, X…rosima, X…olokost… və X…ocalı. Bunu yahudi də, ingilis də, polyak da, alman da başa düşəcəkdi. Xocalının şəkillərini bax o zaman dərk edəcəkdi. Biləcəkdi ki, 20 – ci əsrdə “X”-lənmiş – üstündən xət çəkilmiş dörd şəhər varmış. Bu şəhərlərin təsadüf ya təvafüqmü, baş hərfləri X hərfi ilə başlayırmış. Bax, o zaman qərb türkün də başının işlədiyini görəcək və duyacaqdı. Sonuncu “X”lənmişlərin son durağının “X”ocalı olduğunu anlayacaqdılar. Artıq Xocalını ermənilərin törətdiyi də faktını da qəbul etməməkdən qorxacaqdı.

Hətta 23 yaşlı Armenin xəyallarının qırılmasına görə alacağı təzminatı da atası Movseslə əmisi Aşotun üstünə yazacaqdılar. Hələ də gec deyil. Qərb açıq gözlü və sözlüdür. Sizin bir işinizə bənddir. Onları gördürün, duydurun və “X” (və ya xaç) qarşısında məətəl qoyub uydurun. O zaman bütöv Azərbaycandan da, Turan birliyindən də danışmağa haqqın(m)ız olacaq.

P.S Məndə baş olsa da, cibimdə heç nə yoxdur. Çoxlarımız kimi elə bir çıxışım da yoxdur. Başsızları qabağa verən ulusum bağışlayar yəqin məni!…

 

Tural Turan

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600