ABŞ dövlət katibi Entoni Blinken Moldova və Çexiyaya səfər edəcək və burada Ukraynaya dəstəyi müzakirə edəcək.
Yenicag.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Agentlik yazır ki, səfərlər mayın 28-31-də baş tutacaq.
Məlumata görə, Praqada Blinken xarici işlər naziri, eləcə də NATO xarici işlər nazirləri ilə görüşərək, Ukraynaya ediləcək dəstək, birgə müdafiə modernləşdirilməsi və enerji əlaqələrinin dərinləşdirilməsi məsələlərini müzakirə edəcək.
Moldovada dövlət katibi ABŞ-ın dəstəyi, Moldovanın Avropa İttifaqına daxil olması istiqamətində irəliləyişi və enerji təhlükəsizliyi barədə danışacaq.
Rafi Müslümov
www.yenicag.az