BMT ABŞ-yə nota verdi

media-hightechnic-468x90

Birləşmiş Millətlər Təşkilatı ABŞ-yə nota verib.

Yenicag.az xəbər verir ki, bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik məlumat verib.

Buna səbəb təşkilatın Baş katibi Antonio Quterreşin telefonlarının ABŞ tərəfindən dinlənilməsidir.

BMT bununla bağlı ABŞ-yə rəsmi narahatlığını bildirib.
“Baş katib və digər yüksək vəzifəli BMT rəsmilərinin danışıqlarının ABŞ hakimiyyəti tərəfindən dinlənilməsi ilə bağlı rəsmi şəkildə narahatlığımızı bildirdik. Bu, BMT-nin İmtiyaz və İmmunitetləri haqqında Konvensiyasında qeyd olunan öhdəliklərinə uyğun gəlmir”, – deyə BMT rəsmisi vurğulayıb./Qafqazinfo/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600