BMT Baş Assambleyasının sədri Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət etdi – FOTO

BMT Baş Assambleyasının sədri Volkan Bozkır Azərbaycana səfəri çərçivəsində Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoyub.

Yenicag.az-ın məlumatına görə, qonaqlar görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını da ziyarət edib, abidəsi önünə çiçək dəstələri düzüblər.

Daha sonra Şəhidlər Xiyabanında “Əbədi məşəl” kompleksinə və şəhid olmuş türk əsgərlərinin xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyulub.