BMT Kubaya neft tədarükü ilə bağlı danışıqlar aparır

media-hightechnic-468x90

BMT humanitar məqsədlərlə Kubaya neft tədarükü üzrə danışıqlar aparır.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə onlayn brifinqdə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin nümayəndəsi Edem Vosornu bildirib.

“Ölkə boyu humanitar yardımın çatdırılması məqsədilə yanacağın daxil olmasını təmin etmək üçün BMT tərəfindən söhbətlər və müzakirələr aparılır”, – deyə o bildirib.

Vosornunun sözlərinə görə, kəskin yanacaq qıtlığı humanitar yardımın çatdırılmasını məhdudlaşdırır, halbuki ona ehtiyac sürətlə artır.

Kuba Prezidenti Miqel Lias-Kanel çərşənbə günü adada enerji böhranının “xalqı girov götürməyə və onu öz hökumətinə qarşı qaldırmağa” yönəlmiş Vaşinqton administrasiyası tərəfindən iqtisadi blokadanın sərtləşdirilməsi səbəbindən kəskinləşdiyini bəyan edib.

 

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05