BMT-nin Krımdakı nümayəndəsinə hücum oldu
Putinin tərəfdarları Krımdakı BMT-nin xüsusi nümayəndəsinə hücum ediblər.
“Axar.az” xəbər verir ki, Krımda baş verən hadisələri müşahidə etmək üçün Simferopola gələn Robert Serri Putin tərəfdarlarının hücumuna məruz qalıb. “Putin, Putin” şüarları ilə Serrinin əyləşdiyi kafeyə hücum edən aksiyaçılar onu təhqir ediblər. Aksiyaçıların digər qrupu isə onun üzərinə hücum çəkərək öldürmək istəyib.
Polis proseslərə müdaxilə edib və diplomatın əyləşdiyi kafeni kordonla çevrəyə alıb. 4 saata qədər təzyiq altında qalan diplomat bu səhər ilk reyslə İstanbula gedib.