!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

BNP: Neft bazarına təsir edən amillər, illik proqnoz

!Reklam – Yazi

Bu il neft qiymətlərinin dinamikasını müəyyənləşdirən başlıca amil OPEC-in təklifləri idarəetmə roluna geri qayıtması olacaq.

Yeniçağ.Az  OilGas.az-a  istinadən xəbər verir ki, bu açıqlama ilə Fransanın “BNP Paribas” bankının ekspertləri çıxış edib. Onların fikrincə qiymətlərə təsir edəcək digər amillər Rusiyada neft hasilatının azaldılması, ABŞ-da şist neftinin hasilatının artırılması, Kartelə daxil olmayan istehsalçıların təklifi və dolların kursu olacaq.

“BNP Paribas” ekspertlərinin proqnozlarına əsasən, 2017-ci ildə OPEC-in neft hasilatının həcmi gündəlik 32,3 milyon barel təşkil edəcək;

Rusiya neft hasilatının azaldılmasına dair Vyana sazişi üzrə öhdəliklərinə yalnız aprel ayında əməl edəcək;

2017-2018-ci illərdə ABŞ-da hasilatın həcmi müvafiq olaraq gündəlik 230 000 barel və gündəlik 520 000 barelə bərabər olacaq;

2017-ci ilin ortalarında OPEC və ABŞ-dan kənarda hasilatın həcmi artacaq. İl ərzində artımın ümumi həcmi gündəlik 40 000 barel təşkil edəcək (Bununla ümumi hasilat gündəlik 45,2 milyon barelə çatacaq);

Kanada və Braziliyada hasilatın artırılması, Çində isə azaldılması gözlənilir;

Bu il ərzində gündəlik neft təlabatı artaraq 1,3 milyon barelə bərabər olacaq.

 

Yeniçağ.Az

COP29

www.yenicag.az

767
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv