“Boeing-787 Dreamliner” tezliklə Azərbaycanda

media-hightechnic-468x90

 

5103ca18c8d3ff831f000048“Azərbaycan Hava Yolları” QSC (AZAL) 2014-cü ilin noyabrında ilk “Boeing-787 Dreamliner” təyyarəsini alacaq. Bu barədə AZAL-dakı mənbə məlumat verib.

Onun sözlərinə görə, aviaşirkət ikinci “Boeing-787 Dreamliner” təyyarəsini artıq cari ilin dekabrında alacaq.

Mənbə təyyarələrin Bakıya gətiriləcəyi dəqiq tarixi açıqlamayıb. O deyib: “Müəyyənləşdirilmiş tarixlər var, amma onlar təxminidir”.

Bundan əvvəl AZAL-dakı digər mənbə bildirmişdi ki, eyni zamanda, aviaşirkət “Boeing-787 Dreamliner” təyyarələrini almaqdan imtina etmək imkanlarını nəzərdən keçirir. Bu, bəzi ölkələrin aviaşirkətləri ilə yaranmış müəyyən problemlərlə əlaqədardır. Lakin AZAL göstərilən modeldən olan təyyarələrin alınması ilə bağlı niyyətini təsdiqlədi.

Hazırda AZAL-ın təyyarə parkı “Boeing 757-200”, “Boeing 767-300”, “Airbus 319”, “Airbus A320”, “Airbus A340-500”, “Embraer ERJ 170-100LR” və “Embraer ERJ 190-100” avialaynerlərindən ibarətdir.(trend)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600