Boğaz iltihabı zamanı xəstə ağrı və diskomfort hiss edir, yemək yeyə bilmir, adi su içəndə, danışanda əziyyət çəkir.
Bu simptomları azaltmaq üçün sizə çox ucuz vasitə təqdim edirik. Bu hidrogen peroksiddir. El arasında ona “perekis” deyilir.
Yenicag.az bildirir ki, perekislə qarqara boğazda diskomfort və ağrıları azaldır, mikrobları öldürür, badamcıqları irindən təmizləyir, pis qoxudan azad edir, iltihabı azaldır.
Qarqara üçün 1 x.q. perekis yarım stəkan suda qarışdırılır. Perekislə qarqara etdikdən əvvəl boğazınızı adi ilıq su ilə yuyun. Sonra perekislə qarqara edin – ağzınıza 1 qurtum alıb təxminən 10-20 saniyə ərzində yaxşı qarqara edin (məhlul qurtarana qədər).
Sonda boğazınızı duz və soda əlavə olunmuş ilıq su ilə yenidən qarqara edin. Bunları gündə 4-6 dəfə etmək lazımdır. Hətta 1 belə prosedurdan sonra xəstənin vəziyyəti xeyli yaxşılaşır./Saglamolun.az/