Boğazında dərman qalan 3 yaşlı uşaq öldü

media-hightechnic-468x90

Astara rayonunda 3 yaşlı körpə faciəvi şəkildə ölüb.

Hadisə rayonun Artoba kəndində baş verib.

Belə ki, həmin kənddə yaşayan 3 yaşlı Ağazadə Həlimə Kamran qızı xəstə olduğu üçün valideynləri tərəfindən ona dərman verilib. Bir qədər sonra uşağın vəziyyəti pisləşib. Məlum olub ki, qəbul etdiyi dərmanın boğazında qalması nəticəsində körpə boğularaq ölüb.

Körpənin meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə yerləşdirilib.

Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.

Yeniçağ.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 29.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600