Boğazlardan keçid ZƏRURƏTİ: Böyük Britaniya Türkiyədən icazə istədi / VİDEO

Böyük Britaniya Qara dənizə “Type 45” dağıdıcılar və “Type 23” hərbi gəmi göndərəcək.

Yenicag.az xəbər verir ki, ingilis mediasının iddia şəklində yazdığı xəbərlər təsdiqini tapıb.

Belə ki, Böyük Britaniya hərbi gəmilərin Qara dənizdən keçidi üçün Türkiyədən icazə istəyib.

Gəmilərin Qara dənizə göndərilməsində məqsəd NATO və Ukrayna ilə həmrəylik nümayiş etdirməkdir.

Qeyd edək ki, Amerika Birləşmiş Ştatları da (ABŞ) iki hərbi gəmisinin Qara dənizdən keçidi ilə bağlı Türkiyəyə müraciət etmiş, lakin sonradan bu fikrindən daşınmışdı.