Afrika ölkələri Nigeriyada “Boko Haram” qruplaşmasına qarşı regional zərbə qrupu yaratmaq məsələsini nəzərdən keçirəcək.
Yenicag lent.az-a istinadən bildirir ki, bu barədə Berlində Qana prezidenti Con Maxama Angela Merkellə görüşü zamanı bildirib.
O qeyd edib ki, yeni koalisiya yaradılacağı halda Qana öz ordusu ilə bu koalisiyada fəal iştirak etməyə hazırdır. Angela Merkel isə deyib ki, Almaniya qruplaşma ilə mübarizə üçün maliyyə yardımı göstərməyə hazırdır. Onun sözlərinə görə, bu məsələ ümumi maraqlara cavab verir.
www.yenicag.az