Boksçumuz ermənini məğlub etdi

media-hightechnic-468x90

Azərbaycan boksçusu Nicat Hüseynov İtaliyanın Busto Arsizio şəhərində I Dünya Olimpiya Təsnifat Turnirində növbəti görüşünü keçirib.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, 51 kq çəkidə mübarizə aparan ikiqat Avropa çempionu ermənistanlı Rudolf Qarboyanla döyüşüb.

1/8 final mərhələsində baş tutan qarşılaşma boksçumuzun inamlı qələbəsi ilə yekunlaşıb. Hər 3 raundu xeyrinə bitirən Hüseynov yekunda 5:0 (30:26, 29:27, 30:26, 30:26, 30:26) hesabı ilə qalib gəlib.

Nicatı Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziyadan cəmi bir addım ayırır. Ona Fransa paytaxtına vəsiqə üçün martın 11-də keçiriləcək 1/4 final döyüşündə qələbə kifayət edəcək.

Qeyd edək ki, Hüseynov Qarboyanı ardıcıl ikinci dəfə məğlub edib. O, ötən ilin nöyabrında U-22-lərin Avropa çempionatının finalında da erməni boksçuya qalib gəlmişdi

media-ziraat-728x90

Boksçumuz ermənini məğlub etdi

media-hightechnic-468x90

179215807Bolqarıstanın paytaxtı Sofiyada keçirilən boks üzrə “Strandja” turnirinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin 2 üzvü – Elvin İsayevlə Lorenzo Sotomayor yarışın qalibi olub.

60 kq çəki dərəcəsində mübarizə aparan İsayev finalda Ermənistan idmançısı Samvel Barseqyanla üz-üzə gəlib və rəqibini rinqə çıxmağa peşman edib.

Sotomayor da (64 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxmaqda ciddi müqavimətlə üzləşməyib. Millimizin Kuba əsilli boksçusu final döyüşünün hər 3 raundunda özbəkistanlı Fazliddin Qaibnazarovdan üstün olub.

Qadınların turnirində çıxış edən Yelena Vıstropova (64 kq) isə gümüş medalla kifayətlənib. Bu yarışda fərqli çəki dərəcəsində yarışan idmançımız həlledici görüşdə İsveç nümayəndəsi Aqnes Aleksiussona uduzub.

Qeyd edək ki, “Strandja” turniri iyunda keçiriləcək Avropa oyunlarına hazırlıq xarakteri daşıyır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600