Boksçumuz Rusiyadan qələbə ilə dönüb
Peşəkar boksçumuz Ramal Amanov növbəti qələbəsini qazanıb. Dəri əlcək ustası Moskvada keçirdiyi döyüşdə Afrika çempionu Solomon Boqereni üstələyib. Görüş boyu təcrübəli rəqibinə güclü zərbələr endirən Gəncə boks məktəbinin yetirməsi 5-ci raundda üzündən ciddi zədə alıb. Lakin idmançımız bu vəziyyətdə görüşü davam etdirsə də hakimlər mübarizəni 6-cı raundda dayandırıblar. Yekun qərara əsasən, raundlarda daha fəal təsir bağışladığından qələbə rinqə “Gəncə” yazılı şortda çıxan Ramal Amanova verilib. Xatırladaq ki, bundan öncə peşəkar rinqdə 6 döyüşə çıxan Amanov bunların hamısında qalib gəlib.
(olaylar.az)