Bölgədə fırtına öncəsi sakitlik: ABŞ-ın seçki sonrasına saxladığı "İran ssenarisi"
“Konqres seçkilərindən sonra ABŞ müharibənin yeni dalğasını başladacaq.”
Bu sözləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Elşad Musayev bildirib.
Deputat Trampın noyabr ayında baş tutacaq seçkilərə qədər müharibəni davam etdirmə ehtimalının olmadığını bildirib:
“İsrail – İran müharibəsi gedən vaxt bildirdik ki, Amerikaya bu müharibənin uzun çəkməsi sərf etmir. Payızda seçkilər var və senatın 3/1-i yenidən seçiləcək. Tramp seçkilərə qədər məsələni həll etməyə çalışır digər tərəfdən isə Trampın yəhudilər qarşısında öhtəliyinin olmasına görə məsələni tez həll etmək fikrindədir. Nəzərə alaq ki, Trampın bu müharibədə iqtisadi maraqları var. İlk növbədə fürsət düşən kimi iqtisadi maraqları önə çəkir. İran məsələsində isə zənginləşdirmiş uranı ələ keçirib neytrallaşdırmaq və bölgədə İran neftini ələ keçirmək istəyir. İranda hakimiyyət dəyişikliyini də planlarının arasına qoyan Tramp İranı ram etmək istəyirdi amma görünən odur ki, alınmadı. Ona görə də ona hazırda bu müharibəni dayandırmağa çalışır. Seçkilərdən sonra isə vəziyyət fərqli olacaq. İran Amerikanın istəklərini reallaşdırmasa ABŞ istənilən vaxt İrana yeni hücum təşkil edə bilər. Hazırkı mərhələdə isə münaqişənin uzanması Amerikanın maraq dairəsində deyil. Hər bir halda təcrübədən görürük ki, ABŞ Tramp rəhbərliyi altında gözlənilmədən zərbələr endirə bilir, bu alternativ də istisna deyil. Bölgədə gərginlik davam edir, zamana buraxaq.”
Nurlan Cəfəri













