Bölgələr üzrə pensiyalar nə vaxt ÖDƏNİLƏCƏK

media-hightechnic-468x90

Respublikanın bölgələri üzrə pensiyaların ödənilməsi iyun ayının 14-ü tarixinə nəzərdə tutulub.

Bu barədə Yenicag.az-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilir.

Qeyd edilib ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.

Xatırladaq ki, pensiyaların orta aylıq məbləği 18 faiz artaraq 433 manata, yaşa görə pensiyaların orta aylıq məbləği 17 faiz artaraq 466 manata çatıb.

Bu ilin yanvar-may ayları ərzində 15,7 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən isə 87,1 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa