!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Boliviyada etiraz aksiyaları - Müxalifət BTV-ni ələ keçirdi - 383 yaralı

!Reklam – Yazi

Boliviyada Evo Moralesin prezident seçkilərindəki qələbəsindən sonra başlayan etiraz aksiyalarında 19 gün əzində 380-dən çox insan xəsarət alıb.

Yenicag.az xəbər verir ki, etirazlar oktyabrın 20-də Boliviyada keçirilən prezident seçkilərində səslərin sayılmasından sonra başlayıb.

Boliviyada müxalifət tərəfdarları ölkədə etirazları nümayiş etdirməyən “Patria Nueva” dövlət radiostansiyasını və “Bolivia TV” (BTV) milli telekanalını ələ keçiriblər.

Bu  barədə “Patria Nueva”nın direktoru İvan Maldonado deyib.

“Studiyalarımızı mühasirəyə alan etirazçılar jurnalist işimizi dayandırmayacağımız təqdirdə avadanlığı məhv etməklə hədələyərək bizi təxminən iki saat saxladılar”, – deyə Maldonado bildirib.

Ombudsmanın hesablamalarına görə, 21 oktyabr – 8 noyabr tarixləri arasında, Boliviyanın müxtəlif şəhərlərində 383 nəfər xəsarət alıb. Onlardan 325-i kişi, 58-i qadındır. Zərərçəkənlər Moralesin və müxalifət partiyasının tərəfdarlarının arasında toqquşmaların gedişatında yaralanıblar.

Malumatda bildirilir ki, etirazlar başlayandan polis 195 nəfəri saxlayıb.

Ölkənin ən yüksək seçki orqanının məlumatlarına əsasən, birinci turda hazırkı prezident Morales qələbə qazanıb. Onun əsas rəqibi Karlos Mesa seçkilərin nəticələrini tanımayıb.

Morales ölkədəki kütləvi etirazları dövlət çevrilişinə cəhd adlandırıb.

www.yenicag.az

3837
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv