Bolqarıstan Azərbaycandan qaz idxal edəcək

media-hightechnic-468x90

Qaz turbasini baglayan 070212Bolqarıstan 2016-cı ildən etibarən  Azərbaycandan qaz idxalına başlamaq niyyətindədir.

media-banner_tkm

Bu barədə adıçəkilən ölkənin iqtisadiyyat və energetika nazirinin müavini Anton Pavlov deyib.

A. Pavlovun sözlərinə görə, sözügedən məsələ ilə bağlı Bolqarıstan prezidenti Rosen Plevneliyev sentyabr ayının 20-də Bakıya səfəri çərçivəsində azərbaycanlı həmkarı İlham Əliyevlə danışıqlar aparacaq.

“Bildiyiniz kimi, cari ilin payızında Yunanıstanla Bolqarıstan arasında qaz borusunu tikintisi ilə bağlı yekun investisiya qərarı veriləcək. Sözügedən borunun tikintisi 2016-cı ildə başa çatacağı gözlənilir. Bolqarıstan prezidenti Bakıya səfəri çərçivəsində azərbaycanlı həmkarı İlham Əliyevlə 2016-cı ildən etibarən Azərbaycan qazının Bolqarıstana idxalı ilə bağlı danışıqlar aparacaq. Azərbaycan qazı Bolqarıstana Türkiyə və Yunanıstan ərazisindən çatdırıla bilər”. – deyə o bildirib.

Nazir müavinin sözlərinə görə, qaz nəqlinin illik həcmi 200-300 mln. kubmetr təşkil edə bilər.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05