“Bolqarıstan bu ölkənin bəzi yataqlarından, …”

media-hightechnic-468x90

b170a00c276890494e726e5d48ff9206Layihənin reallaşdırılmasına Almaniyanın XİN rəhbəri yardım edəcək

Bolqarıstan bu ölkənin bəzi yataqlarından, o cümlədən Yunanıstandakı interkonnektor və Azərbaycandan nəql olunacaq qazın hesabına qaz qovşağı yaratmaq niyyətindədir.

Bunu adıçəkilən ölkənin baş naziri Boyko Borisov Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayerlə görüşündən sonra bildirib.

“Nazir Ştaynmayer yaratmaq istədiyimiz qaz qovşağının xəritəsini özü ilə apardı. Həmkarım reallaşdırmaq istədiyimiz layihələrlə bağlı bizə nəinki Almaniyada, həmçinin Avropada yardım edəcəyinə dair öz üzərinə öhdəlik götürüb”, – deyə B. Borisov bildirib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600