Boşanmaq istəyən həyat yoldaşını ölümlə hədələyən şəxs barədə RƏSMİ AÇIQLAMA

media-hightechnic-468x90

İyunun 3-də Şirvan şəhər sakini R.İbrahimov Şəhər Polis Şöbəsinə müraciət edərək kürəkəni R.Quliyevin onu və ailə üzvlərini narahat etməsi, eləcə də boşanmaq istəyən qızını ölümlə hədələməsi barədə məlumat verib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov Yenicag.az-a bildirib ki, daxil olan məlumatla əlaqədar dərhal polis şöbəsinin əməkdaşları tərəfindən qanunvericiliyinə uyğun olaraq zəruri bütün tədbirlər görülüb, tərəflərin izahatları alınıb.

Hazırda faktla bağlı Şirvan ŞPŞ-nin Təhqiqat Bölməsində araşdırmalar aparılır, aparılan araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600