!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Böyük Britaniya şist qazının çıxarılmasına qoyulan qadağanı ləğv etdi

!Reklam – Yazi

Böyük Britaniya hökuməti şist qazının çıxarılmasına qoyulan qadağanı ləğv edib.

Yenicag.az “AzərTAC”a istinadən xəbər verir ki, Böyük Britaniya hökuməti yerli enerji istehsalının artırılması üçün növbəti mərhələ olaraq şist qazının çıxarılmasına icazə verib. Hökumət ölkənin enerji təchizatının gücləndirilməsinin mütləq prioritet olduğunu bildirib.

2019-cu ildə seysmik təkanlara səbəb ola biləcəyi ilə bağlı narahatlıqlar səbəbi ilə şist qazının çıxarılması qadağan edilmişdi. Biznes, enerji və sənaye strategiyası naziri Ceykob Ris-Moqq Rusiyanın enerjidən silah kimi istifadə etdiyini və bu kontekstdə Böyük Britaniyanın enerji təhlükəsizliyinin təmininin əsas prioritet olduğunu bildirib.

Böyük Britaniyanın 2040-cı ilə qədər xalis enerji ixracatçısına çevrilməsi üçün bütün yolların araşdırılmasının lazım olduğunu bildirən Ris-Moqq potensial yerli qaz mənbələrinin çıxarılması ilə bağlı mövcud qadağaları aradan qaldırdıqlarını açıqlayıb.
Maliyyə naziri Kvasi Kvartenq isə bildirib ki, Britaniya istehsalçıları qazı yerli istehlakçılara bazar qiymətlərindən aşağı satmayacaqlar, bu istehsalçılar xeyriyyə təşkilatları deyil.

Qeyd edək ki, Britaniyanın bir qrup alimi belə qənaətə gəlmişdi ki, şist qazının çıxarılması üçün istifadə edilən layın hidravlik parçalanması texnologiyası zəlzələyə səbəb ola bilməz. Şist qazının çıxarılması üsulunu tənqid edənlərin bir çoxu ehtiyat edirlər ki, yerin qazlı laylarında suyun, qumun və kimyəvi preparatların təzyiq altında sıxılması seysmoloji dəyişkənliyə gətirib çıxara bilər.

Lakin alimlər qeyd ediblər ki, quyuların qazılması zamanı yeraltı suların çirklənməsi narahatçılıq üçün daha böyük səbəbdir.

www.yenicag.az

657
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv