Böyük Britaniya üçün yeganə təhlükə Rusiyadır
İngiltərə xarici işlər naziri Filip Hammond Birləşmiş Krallıq üçün Rusiyanın tək təhdid ünvanı olduğunu bildirib.
Yenicag.az anspress-ə istinadən bildirir ki, Hammond Kral Silahlı Qüvvələr İnstitutu (RUSI) adlı düşüncə mərkəzində etdiyi çıxışında İngiltərənin Rusiyanın təhdidinə qarşı önləyici tədbirlər gördüyünü deyib:
“Rusiya Krımın işğalı ilə ortaya qoyduğu aqressiv davranış təhlükəsizlik üçün tək təhdid ola bilər. Rusiyanın potensialını və niyyətini anlamaq üçün güclü kəşfiyyat fəaliyyəti lazimdir. Bütün kəşfiyyat qurumlarımızda rus dilini bilən şəxslərin işə götürülməsi təsadüf deyil”.
İngiltərədən Suriyaya gedərək İŞİD-ə qatıldığı iddia edilən üç qızla əlaqədar açıqlama verən nazir bildirib ki, bu məsələdə Türkiyə ilə sıx əməkdaşlıq etdiyini deyib:
“Türkiyə Suriyadan gələn və gedənlərin istifadə etdiyi tranzit marşrut olduğu üçün böyük çətinliklərlə qarşı-qarşıya qalıb. Qərbi Avropa ölkələrindən gedən çox sayda adam keçid nöqtələrinə səyahət edir. Türk məsləkdaşlarımızla çox yaxından çalışırıq. Bu məsələdə valideynlərin, məktəblərin, eyni zamanda hava nəqliyyatı işçilərinin də məsuliyyətləri var”.
Hammond İŞİD sıralarında döyüşən İngiltərə vətəndaşlarının geri qayıdan zaman sərt cəzalar alacağını da sözlərinə əlavə edib.