Türkiyənin Antalya şəhərindəki Böyük Dəbilqədə iştirak edəcək Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli olub.
Yenicag.az xəbər verir ki, bu gün bütün çəki dərəcələrində püşkatma mərasimi keçirilib.
Kişilər
60 kq
1/16 final. Kəramət Hüseynov – Nikolae Foça (Moldova)
1/16 final. Davud Məmmədsoy – Emirhan Karahan (Türkiyə)
66 kq
1/8 final. Nicat Şıxəlizadə – Natan Berns (İrlandiya) / Çingizxan Saqinaliyev (Qırğızıstan) cütünün qalibi
1/8 final: Orxan Səfərov – Kennet Van Hansbeke / Jeremi Sayvel (Malta) cütünün qalibi
81 kq
1/8 final. Murad Fətiyev – Abılayxan Jubanazar (Qazaxıstan) / Damian Stepiyen (Polşa) cütünün qalibi
1/16 final. Zelim Tskayev – Fetra Ratsimiziva (Madaqaskar)
100 kq
1/8 final. Zelim Kotsoyev – Sirill Mare (Fransa)
1/8 final. Elmar Qasımov – İsaak Bezzina (Malta)
+100 kq
1/8 final. Uşangi Kokauri – Daniel Allerstorfer (Avstriya) / Əli Ömər (Livan) cütünün qalibi
Qadınlar
48 kq
1/16 final. Leyla Əliyeva – Katarina Tanzer (Avstriya)
1/8 final. Aişə Qurbanlı – Hənifə Özcan (Türkiyə) / Anastasiya Pavlyenko (Rusiya) cütünün qalibi
52 kq
1/16 final. Gültac Məmmədəliyeva – Ksehin Janq (Çin)
70 kq
1/16 final. Günel Həsənli – Mariya Bernabeu (İspaniya)
Qeyd edək ki, aprelin 1-də start götürəcək yarış üç gün davam edəcək.
www.yenicag.az