Böyük savaşın "astanasındakı" GÖRÜŞ: "Amerika Xamneyini nöqtə atışı ilə vura bilər"

media-hightechnic-468x90

“Amerika nöqtə atışı ilə Xamneyini aradan götürə bilər.”

media-banner_tkm

Bu sensasion iddianı Yenicag.az-a açıqlamasında politoloq Ramiyə Məmmədova bildirib.

media-229888021_1238263233276906_2969648566021951706_n_1200

Politoloq sabah keçiriləcək Cenevrə görüşündən sonra baş verə biləcək mümkün alternativləri və bölgədəki hərbi gərginliyi belə təhlil edib:

“ABŞ-ın iki böyük gəmisi qırıcılarla birlikdə artıq İrana yaxın bölgələrdədir. Yaxın Şərqdəki aviabazalarını tam döyüş hazırlığı vəziyyətinə gətiriblər. Hazırda həmin ərazilərdə mütəmadi təlimlər keçirilir və İrana qarşı sərt bəyanatlar verilir. Bunu anlamaq lazımdır ki, Amerika İrana qarşı yalnız havadan zərbə endirə bilər. Əsgərlər ərazi amilinə görə quru yolla İrana girə bilməz; qonşu dövlətlərin buna icazə verməsi mümkün görünmür. Hazırda Tramp həm daxildən, həm də xaricdən seçkiöncəsi ciddi təzyiqlərə məruz qalır. Bir çox ölkə Vaşinqtonu başqa dövlətin suverenliyinə hücum cəhdində ittiham edir. Unutmayaq ki, İran Venesuela deyil; bura daxil olub dövlət başçısını götürmək asan məsələ deyil. Xamneyinin ideoloji varlığı və İranın köklü dövlətçilik ənənəsi vəziyyəti tamamilə dəyişir”.

Politoloq İran hakimiyyətinin daxildə çıxılmaz durumda olduğunu da diqqətə çatdırıb:

“İranın daxilində artıq rəsmi Tehranın idarə edə bilmədiyi proseslər gedir. Ölkədə güclü çaxnaşma var, dini-ideoloji baxımdan sistem çökmüş vəziyyətdədir. İqtisadiyyatda da vəziyyət acınacaqlıdır. 47 ildir davam edən sanksiyalar sosial və siyasi sahələrdə dərin yaralar açıb. Digər tərəfdən, Trampın İrana qarşı daha öncə etdiyi kimi havadan nöqtə atışı zərbələri endirməsi tamamilə mümkündür. ABŞ bu üsulla İranın rəhbər heyətini aradan qaldıra bilər. Bu hədəf elə Xamneyinin özü də ola bilər”.

R. Məmmədova Amerikanın İrana qarşı alternativ “kürd planı”nın da masada olduğunu bildirib:

“Əgər genişmiqyaslı müharibə olmasa, ABŞ kürd planını işə salacaq. İranda kürdlər artıq ayağa qalxmağa başlayıb. Hazırda parçalanmış halda olduqları üçün hakimiyyətə böyük təzyiq göstərə bilmirlər və Trampın dəstəyinə ehtiyac duyurlar. Trampa daxili siyasətdə də təzyiqlər böyükdür. Növbəti seçkiləri uduzmamaq üçün o, İran məsələsində qətiyyət nümayiş etdirməlidir. Artıq iş işdən keçib, Tramp geri addım ata bilməz. Onun addımlarının doğru və ya yanlış olmasından asılı olmayaraq, geri çəkilmək onun nüfuzuna sarsıdıcı zərbə vura bilər”.

Politoloq qeyd edib ki, yekun qərar sabahkı danışıqların nəticəsindən asılı olacaq:

“Bundan öncəki görüşlər heç bir nəticə vermədi. Sabahkı Cenevrə görüşü hər şeyi aydınlaşdıracaq. İran isə heç bir halda geri çəkilməyəcəyini bəyan edir. Düşünürəm ki, Tramp öz imicini qorumaq üçün İrana qarşı hansısa sərt addımlar atmaq məcburiyyətində qalacaq”.

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05