BQXK erməni girovluğunda olan əsgərimizlə görüşdü – EKSKLÜZİV

Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) erməni girovluğunda olan hərbçimiz Cəmil Babayevə baş çəkib.

Bunu Yenicag.az-a BQXK-nın Bakı ofisinin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri İlahə Hüseynova deyib.

İlahə Hüseynova bildirib ki, Cəmil Babayevin geri qaytarılması onların səlahiyyətində olan məsələ deyil:

“Bizim mandatımız saxlanılan şəxsə baş çəkmək, onun saxlanılma şəraiti və onunla rəftarı monitorinq etmək, qiymətləndirmək, həmin şəxsin ailəsi ilə əlaqə qurmaq üçün şərait yaratmaqdır. Onun saxlanılma şəraiti ilə bağlı ictimaiyyətə açıqlama vermirik”.

Qeyd edək ki, Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Babayev Cəmil Natiq oğlu Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk edərək Rusiya sülhməramlılarının nəzarətində olan əraziyə keçib və Ermənistan tərəfində girov saxlanılır.

Son dəfə sentyabrın 3-də Qarabağdakı Rusiya hərbi kontingentinin komandanı, general-leytenant Rüstəm Muradov Cəmil Babayevə baş çəkmişdi.

Səxavət Məmməd

COP29