Brilliant problemlə ÜZ-ÜZƏ: “Əlimizdə telefon görüntüsü var”
Xalq artisti Brilliant Dadaşova problemlə üz-üzə qalıb.
Yenicag.az xəbər verir ki, sənətçi 2019-cu ildə Rusiyada baş tutan və məşhur pianoçu, bəstəkar, cazmen Stanislav Pinxasovun da iştirak etdiyi konsert proqramının görüntülərini hələ də ala bilmir.
Özündə yalnız həvəskar çəkilişlərin olduğunu bildirən xalq artisti konsert təşkilatçısına müraciət etsə də, müsbət nəticə əldə olunmadığını təəssüf hissi ilə bildirib:
“Moskvada yaşayan və Azərbaycanı görmədən musiqimizə böyük rəğbət bəsləyən pianoçu, bəstəkar, cazmen Stanislav Pinxasov mənim heyranım olduğunu deyib, konsertdə müşayiət etməyi xahiş etdi. Mən də məmnuniyyətlə oxudum. Böyük kütlə artıq belə musiqiləri dinləməsə də, biz onu qoruyacağıq. Söz verdilər. Amma heyif ki, Moskva konsertimdən görüntüləri bizə vermədilər, əlimizdə sadəcə telefona çəkilmiş az görüntü var. Halbuki böyük bir yaradıcı heyət, çəkiliş qrupu çalışırdı. Qonorarlarını da təşkilatçı xanıma yolladım, amma xəbər çıxmadı…”.
Cəvahir