Britaniya buna görə Rusiyanı hədələdi
Britaniyanın müdafiə naziri Con Healey Rusiyaya məxsus “Yantar” gəmisinin Britaniya ərazi suları yaxınlığındakı fəaliyyəti ilə bağlı Moskvaya açıq xəbərdarlıq edib.
Yenicag.az xəbər verir ki, onun bəyanatını “The Guardian” nəşri dərc edib. Müdafiə nazirinin sözlərinə görə, son bir ildə Rusiya gəmisi ikinci dəfədir ki, ölkə sularına daxil olur. Healey ekipajı sualtı rabitə kabellərinin xəritəsini çəkməkdə və RAF pilotlarına lazer şüalarını yönəltməkdə günahlandırıb.
“Biz sizi görürük. Nə etdiyinizi bilirik. Və əgər Yantar bu həftə cənuba doğru getsə, biz hazır olacağıq”, – nazir deyib./unikal












