Britaniya kəşfiyyatı Rusiyanın Ukraynadakı itkilərini AÇIQLADI – “Gündəlik 1.300 nəfər...”

media-hightechnic-468x90

 

Böyük Britaniya kəşfiyyatı 2025-ci il üzrə Rusiya ordusunun itkilərini təhlil edib.

Yenicag.az xəbər verir ki, bu barədə qurumun 14 aprel tarixli analizində bildirilib.

Britaniya kəşfiyyatçılarının iddiasına görə, 2025-ci ilə olan vəziyyətə əsasən, Rusiya Ukraynaya qarşı müharibədə öldürülən və yaralananlar daxil olmaqla təxminən 138 min nəfər itki verib. Eyni zamanda, genişmiqyaslı işğalın başlanmasından bəri Rusiya, ehtimal ki, artıq 920 mindən çox hərbçisini itirib.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən bildirilir ki, 2025-ci ilin martında Rusiya tərəfinin gündəlik orta itkisi təxminən 1.300 nəfər təşkil edib. Britaniya kəşfiyyatı bu rəqəmin 2025-ci ilin fevralındakı göstəricidən – gündəlik 1.250 nəfərdən – daha yüksək olduğunu, lakin 2024-cü ilin sonunda qeydə alınan rekord səviyyəli – gündəlik təxminən 1.600 nəfərlik itkilərdən aşağı qaldığını vurğulayıb.

Təhlildə o da bildirilir ki, 2025-ci ilin aprel ayının əvvəlində də Rusiya tərəfinin itki səviyyəsi yüksək olaraq qalır ki, bu da ehtimal ki, cəbhə xətti boyunca Rusiyanın hücumlarının intensivləşməsindən xəbər verir.

“Rusiya qoşunları, çox güman ki, ilin əvvəlindəki nisbətən sakit dövrdən sonra hücum tempini bərpa etməyə çalışır”, – deyə Britaniya kəşfiyyatçıları qeyd edirlər.

Bununla belə, təhlildə vurğulanır ki, cəbhə xətti nisbətən sabit qalsa da, 2025-ci ildə qeydə alınan Rusiya itkiləri 2024-cü ilin yaz dövrü ilə müqayisədə xeyli yüksəkdir və həmin vaxt gündəlik itkilər nadir hallarda 1.000 nəfəri aşırdı. Baş Qərargahın məlumatına görə, 13 aprel tarixində Ukrayna Müdafiə Qüvvələri 1.310 rusiyalı işğalçını sıradan çıxarıb.

Xatırladaq ki, mart ayının sonunda Britaniya kəşfiyyatı bildirmişdi ki, 2022-ci ildən bəri Rusiyanın silahlı qüvvələri genişmiqyaslı işğal başlayandan etibarən təxminən 900 min hərbçi itirib. Bundan əlavə, aprelin əvvəlində isə Britaniya kəşfiyyatı qeyd etmişdi ki, 2025-ci ilin əvvəlindən etibarən Rusiya işğalçı qüvvələrinin Ukraynadakı irəliləyişi yavaşıyıb, hücumların sayı isə azalıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600