!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Britaniya kraliçasının dəfn mərasimi başa çatdı - Bayden gecikdi

!Reklam – Yazi

Böyük Britaniya kraliçası II Elizabetin dəfn mərasimi başa çatıb.

Yenicag.az xəbər verir ki, bu barədə “Qardian” nəşri məlumat yayıb.

ABŞ Prezidenti Co Bayden Böyük Britaniya Kraliçası II Yelizavetanın dəfn mərasiminə gecikib.

Belə ki, Amerika lideri və həyat yoldaşı Cill yerli vaxtla saat 10:05-də (Bakı vaxtı ilə 13:05) Vestminstr abbatlığında yerlərini tutub.

Baxmayaraq ki, tədbirin proqramına əsasən, dəvət olunmuş yüksək vəzifəli şəxslər bunu 09:35-dən 09:55-dək (Bakı vaxtı ilə saat 12:55) etməli idilər.

II Elizabetlə vida mərasimi yalnız saat 11:00-da (Bakı vaxtı ilə saat 14:00) başlayıb, lakin mərasimi pozmamaq üçün bütün qonaqlar vaxtından əvvəl yerlərini tutmalı olublar. Buna görə də qeyd olunan vaxtdan gec gələn Bayden uzun müddət kilsə binasının girişində dayanaraq, başqaları ilə fikir mübadiləsi aparmalı olub.

Qeyd edilib ki, əbir daşında “II ELIZABET 1926-2022” yazılacaq.

Qeyd edək ki, sentyabrın 8-də 96 yaşında Şotlandiyanın Balmoral qəsrində vəfat edən II Elizabet Britaniya tarixində ən uzun müddət taxtda qalan monarx olub. Kraliçanın ölümündən sonra onun oğlu III Çarlz Birləşmiş Krallığın yeni monarxı elan edilib.

www.yenicag.az

385
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv