Britaniyada 6 PKK üzvü SAXLANILDI

media-hightechnic-468x90

Londonda Böyük Britaniyada terror təşkilatı elan edilən Kürdüstan Fəhlə Partiyası (PKK) ilə əlaqədə şübhəli bilinən 6 nəfər saxlanılıb.

Yenicag.az BBC-yə istinadla xəbər verir ki, bu barədə, bu barədə London polisi məlumat yayıb.

Terrorla mübarizə polisi paytaxtın müxtəlif ünvanlarında dörd kişi və iki qadını saxlayıb. Şübhəli şəxslərin yaşı 23-dən 62-yə qədərdir və onlar PKK ilə əlaqədə olmaqda ittiham olunaraq Terror Qanununun müddəalarına əsasən, həbs ediliblər. Polis bildirib ki, həbslərdən əvvəl geniş araşdırma aparılıb və çox ciddi ittihamlar irəli sürülüb.

Davam edən istintaq çərçivəsində Londonda səkkiz ünvanda, o cümlədən kürd icmasının mərkəzində axtarışlar davam edir. Polis bu həbslərin ictimaiyyət üçün hər hansı təhlükə yaratmadığını vurğulayıb.

Nəsimi Ələsgərli

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600