Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu (BTMİF) ilə tərcüməçi İan Pert arasındakı anlaşmazlıq aradan qaldırılıb.
Yenicag.az xəbər verir ki, bu barədə İan Pert sosial media hesabında paylaşım edib.
O bildirib ki, BTMİF prezidenti Aktotı Raimkulova ilə görüşüb və aradakı anlaşmazlıq aradan qaldırılıb.
Qeyd edək ki, İan Peart sosial şəbəkə hesablarında paylaşım edərək Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun ona kitab redaktəsi ilə bağlı müraciət etdiyini, lakin daha sonra Fondun bu redaktə ilə bağlı ödənişi yerinə yetirmədiyini iddia edib. Fond isə tərcüməçi ilə heç bir müqavilə öhdəliklərinin olmadığını açıqlayıb.
www.yenicag.az