Bu diplomların tanınması gələn ilin əvvəlinə qədər dayandırılacaq

media-hightechnic-468x90

“Xarici dövlətlərdə əldə edilmiş kvalifikasiyaların tanınması Elektron Müraciət Sistemi (EMS) vasitəsilə Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən həyata keçirilir. Bildiririk ki, EMS-in daha effektiv işləməsi və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə sözügedən sistemdə mütəmadi olaraq texniki işlər aparılır”.

Bu barədə Yenicag.az-a TKTA-dan məlumat verilib.

Bildirilib ki, qeyd edilənləri nəzərə alaraq, EMS vasitəsilə ərizələrin qəbulu 16.12.2025-ci il tarixindən 02.01.2026-cı il tarixinədək dayandırılacaq.

“Ərizəçilərdən qeyd edilənləri nəzərə almaları və ən geci 16 dekabr 2025-ci il tarixinədək müraciət etmələri xahiş olunur”, – məlumatda qeyd olunub.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa