Bu ərazilərə dolu düşdü

Avqustun 14-ü saat 21.30-a olan məlumatına əsasən Gədəbəy, Daşkəsən, Xınalıq, Şahdağ, Xaltan, Qrız, Qusar, Quba, Şəmkirdə şimşək çaxıb, yağış yağıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Yenicag.az-a verilən məlumata görə, Qrız-Qudyalçayda (Quba) saat 17:20-17:35, Ləzə məntəqəsində (Qusar) saat 17:30-17:40 radələrində diametri 5 mm olan, Zaqatala rayonunun Əlibəy, Yuxarı Tala, Aşağı Tala kəndlərinə xırda dənəli dolu düşüb.