“İyulun 14-ü təşkil olunmuş Azərbaycan dili və ədəbiyyat fənni üzrə test imtahanlarında 29-cu tapşırıq etibarsız sayılıb”.
Yenicag.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin İnsan Resursları Mərkəzi məlumat yayıb.
Qeyd olunub ki, namizədlərin apellyasiya müraciətlərinə əsasən, suallar ekspertlər tərəfindən yenidən yoxlanılıb: “Nəticədə 29-cu tapşırıqda bəhs edilən əsərin adının çərçivə sənədinə daxil olan əsərlər siyahısında yer almadığı aşkar olunub. Bu səbəbdən 29-cu tapşırıq etibarsız sayılıb.
Nəzərinizə çatdırırıq ki, həmin test tapşırığı 1 280 nəfərə düzgün, 3 842 nəfərə səhv olaraq hesablanıb, 959 nəfər isə tapşırığı cavablandırmayıb. Sualın bütün namizədlərə düzgün olaraq hesablanması ilə 1 280 nəfərin nəticəsi sabit qalacaq, 3 842 namizədə 2,5 bal (səhv cavaba görə 0,5 bal bərpa), 959 namizədə isə 2 bal artırılacaq”.
www.yenicag.az