İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurasının yeni tərkibi təsdiq edilib.
Yenicag.az xəbər verir ki, bununla bağlı prezident İlham Əliyev “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurası üzvlərinin təyin edilməsi və “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurası üzvlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3547 nömrəli Sərəncamının ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 17 mart tarixli 2535 nömrəli Sərəncamında dəyişiklik edilməsi Sərəncam imzalayıb.
Sərəncamla Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurasının aşağıdakı tərkibi təsdiq edilib:
Azərbaycan Respublikası maliyyə nazirinin müavini
Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini
Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin İqtisadi siyasət məsələləri sektorunun müdiri.
Əvvəl isə İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurasının tərkibi aşağıdakı kimi idi:
İlqar Fəti-zadə – Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini
Elnur Əliyev – Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
Anar Əliyev – Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini
Vadim Xubanov – Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini
Kamil Heydərov – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin Monetar və fiskal siyasət məsələləri sektorunun müdiri.
www.yenicag.az