Bu gecə növbəti Qədr gecəsidir
Bu gecə Azərbaycanda Ramazan ayının ehtimal edilən növbəti Qədr (əhya) gecəsidir.
Yenicag.az xəbər verir ki, Qədr gecəsi Ramazan ayının 26-dan 27-nə, yəni martın 16-dan 17-nə keçən gecəyə təsadüf edir.
Qeyd edək ki, Qədr gecəsi Allahın kitabı Quranın nazil olmağa başladığı gecədir. Qurani-Kərim İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə nazil olub.
Xatırladaq ki, Ramazan ayı Azərbaycanda fevralın 19-da başlayıb. Şəvval ayının 1-də, yəni martın 20-də Ramazan (Fitr) bayramı olacaq.













