Bu gün APL-də XXX tura yekun vurulacaq

media-hightechnic-468x90

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXX tura yekun vurulacaq.

Yenicag.az xəbər verir ki, son oyun günü iki görüş keçiriləcək.

Saat 16:30-da start götürəcək matçda “Səbail” “Kəpəz”lə üz-üzə gələcək. Qarşılaşma “ASCO Arena” baş tutacaq.

Günün digər oyununda isə “Sabah” və “Qarabağ” klubları qarşılaşacaqlar. Start fiti 19:00-da çalınacaq görüş “Bank Respublika Arena”da oynanılacaq.

Qeyd edək ki, turun açılış matçında “Sumqayıt” və “Zirə” klubları bərabərə qalıblar – 0:0. Digər qarşılaşmalarda isə “Turan Tovuz” “Qəbələ”yə 2:1, “Neftçi” isə “Araz Naxçıvan”a 3:0 hesabı ilə qalib gəlib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600