Bu gün Avropa Liqasında finalçılar müəyyənləşəcək

Bu gün futbol üzrə Avropa Liqasında finalçıların adına aydınlıq gələcək.

Yeniçağ.Az “Report”-a istinadən xəbər verir ki, həlledici görüşə vəsiqə qazanacaq komandalar İngiltərə və Fransada keçiriləcək yarımfinal mərhələsinin cavab oyunlarından sonra bəlli olacaq.

İlk qarşılaşmaların nəticələrinə əsasən “Mançester Yunayted”lə “Ayaks” finalçı olmağa daha yaxındır. İngiltərə təmsilçisi İspaniyada “Selta”nı 1 cavabsız qolla üstələdiyi halda, Hollandiya komandası evdə “Lion”u darmadağın edib – 4:1.

Qeyd edək ki, final matçı mayın 24-də İsveçin paytaxtı Stokholmdakı “Friends Arena”da keçiriləcək.

Avropa Liqası

Yarımfinal mərhələsi, cavab oyunları

11 may

23:05. “Mançester Yunayted” (İngiltərə) – “Selta” (İspaniya)

Baş hakim: Ovidiu Hatseqan (Rumıniya)

İlk oyun – 1:0

23:05. “Lion” (Fransa) – “Ayaks” (Hollandiya)

Baş hakim: Şimon Martsinyak (Polşa)

İlk oyun – 1:4

Yeniçağ.Az