Bu gün “Qarabağ”ın rəqibi bilinəcək

media-hightechnic-468x90

Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinə yekun vurulacaq.

Yenicag.az xəbər verir ki, “Qarabağ”ın turnirdəki potensial rəqibləri “Ludaqorets” (Bolqarıstan) və “Dinamo” (Minsk, Belarus) komandaları cavab oyununda üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Komandalar arasında ilk matç “Ludaqorets”in 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk matçları avqustun 6-7-də, cavab qarşılaşmaları isə avqustun 13-də baş tutacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600