Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Qarabağ FC

Bu gün Türkiyə Super Liqasında mövsümün ilk İstanbul derbisi olacaq

Reklam: High Technic

Bu gün futbol üzrə Türkiyə Super Liqasında mövsümün ilk İstanbul derbisi keçiriləcək.

X tura təsadüf edən matçda “Beşiktaş” “Qalatasaray”ı sınağa çəkəcək.

“Vodofon Park” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Hazırda hər iki komandanın 17 xalı var. “Beşiktaş” 6-cı, “Qalatasaray” 8-ci pillədə qərarlaşıb.

97 illik rəqabətdə 349 matçın 123-nü “sarı-qırmızılar”, 112-ni “ağ-qaralar” qazanıb. 114 görüşdə isə heç-heçə qeydə alınıb. Qolların nisbətində də “Cim-Bom”un üstünlüyü var – 487:456.

“Beşiktaş” 2016-cı ildə istifadəyə verilmiş “Vodofon Park”da rəqibinə məğlub olmayıb. Arenadakı ilk derbi 2:2 hesablı heç-heçə ilə yekunlaşıbsa, digərlərində “ağ-qaralar” meydanı 3 xalla tərk edib.

Komandalar arasındakı son 10 oyunda “Beşiktaş” üstünlüyə malikdir. “Qara qartallar” 5 dəfə qələbə qazanıbsa, 3 görüşdə məğlub olub, 2 qarşılaşma bərabəliklə başa çatıb.

www.yenicag.az

141
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100