!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Bu idman növündə hələ bir müddət iştirakçımız olmayacaq”

!Reklam – Yazi

404806280Rəhim Əliyev: “Formula 1 idmanın kralı sayılır, necə ola bilər ki, ölkəmiz üçün yad olsun? Sadəcə bizim azarkeşlər bir az səbirsizlik edirlər və yarışlara baxmırlar”

Formula 1 Avropa Qran-prisinin sürətini hiss etməyimizə sayılı günlər qalıb. Formula 1-in Azərbaycana qazandıracağı üstünlüklərlə bağlı, yarışın rəsmi elçisi və Formula 1 şərhçisi Rəhim Əliyev Sputnik-in suallarını cavablandırıb.

– Formula 1 yarışı Azərbaycanda ilk dəfədir keçirilir. Səfir olaraq bu yarışdan nə kimi gözləntiləriniz var?

— Çox maraqlı yarış olacaq, sürücülər üçün gərgin və maraqlı keçəcək, yarışın mühəndisləri üçün sazlanmaların ciddi axtarışı olacaq, tamaşaçılar üçün sadəcə şou və maraqlı zaman keçməsinə kömək olacaq, ölkəmizin dünyada tanınması üçün güclü reklam olacaq.

– Azərbaycan izləyicisi üçün bu idman növü yeni və yaddır. Hətta əhalinin çoxu bu idman növünü hələ də həzm edə bilmir. Buna münasibətiniz…?

— Əslində yad deyil, kifayət qədər izləyicisi də var. Eyni zamanda fan klubu da fəaliyyət göstərir. Deməli yad deyil. İdman kanalı bu yarışı 2010-cu ildən yayımlayırsa, deməli, azarkeşi var. F1 idmanın kralı sayılır, necə ola bilər ki, ölkədə yad olsun? Sadəcə bizim azarkeşlər bir az səbirsizlik edirlər və yarışlara baxmırlar. Amma bu yarışa bir dəfə baxan ondan ayrıla bilmir. Formula 1 yarışı sadəcə sürət yarışı deyil, bu həm də texnologiyaların, ağılların yarışıdır.

– 5 il ərzində ölkəmizdə keçiriləcək Formula 1 yarışlarında sürət yığa biləcəyik?

— Məncə, futbola digər idman növlərindən daha çox maraq var ölkəmizdə. Sürət yığmağa gəlincə, sürəti artıq yığmışıq, yəni bu idmanı ölkəyə gətirmişik. İndi isə sürəti artırmalıyıq. Ölkənin bunu etməyə həm maddi, həm mənəvi potensialı var. Sadəcə zamana ehtiyac var.

– Ümumiyyətlə ölkədə Formula 1 iştirakçısı yoxdur. Yarışlar böyük Formula 1 klubunun ölkədə yaranmasına səbəb ola bilər?

— Bu idman növündə iştirakçımız olmayıb və hələ bir müddət olmayacaq. Amma namizədimiz və ümidimiz var. Gülhüseyn hazırda aşağı divizyondadır, F1-ə hələ ən azı 3-4 il var. Bu idmanın ölkəyə gətirilməsi ölkədə avtoidman mədəniyyətinin inkişafına, avtoidman irsinin yaradılmasına xidmət edəcək — uşaqlar üçün kartinq mərkəzlərinin açılmasından, peşəkar müəllim kurslarının yaradılmasına qədər.

– Bu idman növünə yazılmaq istəyən uşaqlar var?

— Hətta uşaqlarını əlindən tutub gətirən valideynlər də çoxdur. Həm kurslar, həm kartinq mərkəzləri yarışlardan sonra elan olunacaq. Təbii ki, kiçik bir fasilədən sonra. Federasiya var, amma təəssüf ki, istədiyimiz kimi işləmir. Daha doğrusu işləyir, amma F1 sürəti ilə deyil, yavaş-yavaş. Biz isə F1 sürətinə öyrəşmişik.

www.yenicag.az

823
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv