Bu kəndləri su basdı - 22 nəfər təxliyə olundu - VİDEO

media-hightechnic-468x90

Lənkəran şəhəri, rayonun Girdəni, Kosalar və Şiləvar kəndlərində bəzi ərazilər intensiv yağışlarla əlaqədar subasmaya məruz qalıb.

Yenicag.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Hazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, hadisə ilə əlaqədar dərhal FHN-in Cənub Regional Mərkəzi, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.

Nazirliyin qüvvələri hazırda su basmış yerləri tərk etməkdə çətinlik çəkən vətəndaşların təxliyəsi, suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirləri həyata keçirir.

Qeyd olunub ki, bu vaxtadək ümumilikdə 6-sı uşaq olmaqla 22 nəfər vətəndaş təxliyə olunub.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600