Bu klublar Ter Şteqeni HƏDƏFƏ ALDILAR – Alman qapıçı “Barça”dan GEDİR?
“Barcelona”’nın alman qapıçısı Mark-Andre ter Şteqen uzunmüddətli zədədən sonra meydanlara qayıtsa da, katalon klubunda vəziyyət gərginləşib.
Yenicag.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.
Məlumata görə, 2028-ci ilə qədər “Barcelona” ilə müqaviləsi olan alman qapıçının yüksək maaşı və bazar dəyəri onun ehtiyatda qalmağa razı olmayacağı ilə bağlı fikirlərə səbəb olub. Ter Şteqen isə açıqlamasında özünü hələ də “Barcelona”’nın əsas qapıçısı kimi gördüyünü və komandadan ayrılmağı düşünmədiyini bildirib.
Alman qapıçının vəziyyətini yaxından izləyən klublar arasında “Galatasaray” və “Manchester United” ilə yanaşı, “AC Milan” və Səudiyyə Ərəbistanının “Al Hilal” komandasının da olduğu qeyd edilir.