Bu marşrut üzrə Bakıdan Qəbələyə və əks istiqamətə qatar fəaliyyətə başladı

media-hightechnic-468x90

Yeni istifadəyə verilmiş Gəncə–Qəbələ–Gəncə marşrutundan istifadə etməklə hər gün Bakıdan Qəbələyə və əks istiqamətə səfər edə bilərsiniz.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Bildirilib ki, Bakı–Qazax qatarı ilə saat 10:50-də Ləki stansiyasına çatıb, saat 11:12-də Gəncə–Qəbələ qatarı ilə Qəbələyə, Qəbələ–Gəncə qatarı ilə isə saat 18:45-də Ləki stansiyasına çatıb, saat 19:02-də Qazax–Bakı qatarı ilə Bakıya səyahət etmək mümkündür.

Qeyd olunan istiqamətlərlə yanaşı, Bakı-Qəbələ-Bakı marşrutu üzrə ənənəvi qrafiklə şənbə və bazar günləri müntəzəm reyslər təşkil olunur.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05