Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bu maskalardan istifadə virusu yaya bilər - XƏBƏRDARLIQ

“Sağlam insanların filterli maska istifadə etməsinə ehtiyac yoxdur”.

Yenicag.az xəbər verir ki, bunu Türkiyə mətbuatına açıqlamasında əmək mühafizəsi üzrə mütəxəssis Yasəmin Öyməz deyib.

Yeni növ koronavirusdan qorunmaq üçün maskaların istifadəsi haqqında geniş məlumat verən Öyməz, hazırda maskadan istifadə edənlərin 3 qrupa bölündüyünü bildirib:

“Xəstəlik diaqnozu qoyulmuş insanlar,
diaqnoz qoyulan xəstələrə müdaxilə edəcək səhiyyə işçiləri və onlardan gündəlik həyatda qorunmaq üçün istifadə edən sağlam vətəndaşlar”.

Filterli maskalar yalnız tibb işçiləri və xəstə ilə yaxın təmasda olan insanlar üçün lazımdır. Sağlam insanın bundan istifadə etməsinə lüzum olmadığını vurğulayan mütəxəssis maska seçimi zamanı diqqətli olmağa səsləyib:

“Maskaların yanlış istifadəsi Çində koronavirusun yayılmasında böyük rol oynayıb. Üzərində “ventil” adlanan plastik hissələri olan maskalar insanların sağlamlığına təhlükə yaradır. Bu maskanın istifadəsi virusu yaya bilər.
Çünki insanların narahat olmaması üçün birbaşa filtersiz havanın çıxmasına imkan verir. Bu isə xəstə və ya yoluxma ehtimalı yüksək olan bir insan tərəfindən virusun yayılması deməkdir.

Tibb işçiləri və xəstələr bu maskadan istifadə etməməlidir”.


Aslı İsmayılzadə

www.yenicag.az

2241