Bir vaxtlar “Forbes”in siyahısına daxil edilmiş milyonçular Andrey Baronov və Ratmir Timaşev Rusiya Federasiyası vətəndaşlığından imtina ediblər.
Yenicag.az xəbər verir ki, bu barədə “Forbes” nəşri yazıb.
ABŞ-nin “Veeam Software” və “Object First” İT şirkətlərinin təsisçiləri 2017-ci ildən 2021-ci ilə qədər Rusiyanın 200 ən varlı iş adamı reytinqində yer alıblar.
Məlumata görə, onlar Ukraynada müharibənin başlanğıcından sonra iki il ərzində Rusiya pasportlarından imtina edən səkkizinci və doqquzuncu “Forbes” reytinqli sahibkar olublar.
İndi Baronov və Timaşevin yalnız bir vətəndaşlığı qalıb – Kipr Respublikası. Hazırda Baronov İsveçrədə, Timaşev Amerikada yaşayır. /unikal
www.yenicag.az