Bu ölkə Avropanın İrəvana yardımını Bakıya görə blokladı
Avropa Birliyinin Sülh Fondu vasitəsilə Ermənistana maliyyə ayırması haqda qərar verilsə də, bu qərarın praktiki icrası bloklanıb.
Yenicag.az Publika.az-a sitinadla xəbər verir ki, buna səbəb AB üzvü Macarıstanın Sülh Fondundan Ermənistana dəstək verilməsi layihəsinə veto qoymasıdır.
“Azadlıq radiosu”nun diplomatik mənbələrdən əldə etdiyi məlumata görə, Macarıstanın şərti var: Sülh Fondunun yardım proqramına Ermənistanla yanaşı, Azərbaycan da daxil edilməlidir.