Bu ölkə bir ilkə imza atdı
Hindistan hakimiyyəti dünyada ən uca heykəlin inşası üçün 2014-2015-ci illər büdcəsindən 33 milyon dollar ayırmağı qərara alıb.
Müstəqillik uğrunda mübarizə aparmış ölkənin ilk daxili işlər naziri Sərdar Vəllabhai Patelin şərəfinə ucaldılacaq heykəlin hündürlüyü 182 metr olacaq. Bu, ABŞ-dakı Azadlıq heykəlindən (92 metr) iki dəfə ucadır. Heykəl bürüncdən hazırlanacaq.
Baş nazir Narendra Modinin fikrincə, yalnız Patel Hindistanın birliyinin rəmzi olmağa layiq şəxsiyyətdir.
Hucarat ştatında qoyulacaq heykəl, ümumilikdə, 338 milyon dollar xərc tələb edir.
Büdcə ayırmalarından qalan 305 milyon dollar vəsaitin ianələr hesabına yığılması nəzərdə tutulub.